“Bakı”dan ayrılan Elvin Əliyev yenidən AZAL-da

XƏBƏR 6 Avqust 2010 / 15:55 1797
-  A +

Sabah Unibank Premyer Liqasının açılış turu çərçivəsində "Bakı" ilə oyuna çıxacaq AZAL bu vacib qarşılaşma öncəsi daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bu 2006-2008-ci illər ərzində elə “təyyarəçilər”in formasını geymiş Elvin Əliyevdir. Sonuncu mövsümü "Bakı"da keçirən və bu klubun kapitan sarğısını daşıyan Elvinlə iki illlik müqavilə bağlanılıb. O artıq AZAL-ın iştirak ərizəsinə daxil edilib və Premyer Liqanın ilk turunda keçmiş komandasına qarşı meydançaya çıxa biləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki