AFFA prezidenti “Qarabağ”a növbəti mərhələdə uğur arzuladı

AFFA prezidenti “Qarabağ”a növbəti mərhələdə uğur arzuladı
XƏBƏR 6 Avqust 2010 / 14:22 1891
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev «Qarabağ» klubunun Avropa Liqasındakı çıxışı ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, futbol təsərrüfatımızın rəhbəri qazanılan uğurlara görə, komandamızı təbrik edib: «Avropa Liqasındakı uğurlu çıxışı ilə bağlı «Qarabağ» klubunun rəhbərliyini, məşqçi və futbolçu heyətini, eləcə də ölkə futbol ictimaiyyətini təbrik edirəm. «Qarabağ»ın qitəmiqyaslı turnirdə əldə etdiyi müsbət nəticələr ölkəmizdə futbolun inkişafı məqsədilə seçilən yolun, yürüdülən siyasətin, tətbiq edilən strategiyanın doğru olduğunu sübut edir. Respublika Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı» ölkəmizdə futbolun inkişafı üçün vacib olan məsələlərin konkret istiqamətini müəyyənləşdirir. AFFA Dövlət Proqramının həyata keçirilməsi üçün məqsədyönlü fəaliyyət göstərir. İnanıram ki, futbolumuzun inkişafı yüksələn xətt üzrə davam edəcək. «Qarabağ» klubuna UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram».


Son xəbərlər