Mirça Rednik futbolçuları üçtərəfli oyunda sınadı

XƏBƏR 6 Avqust 2010 / 13:26 1704
-  A +

"Xəzər Lənkəran" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, ötən gün Lənkəranda keçirilən axşam məşqinə milli komandanın düşərgəsindən dönən Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Kamran Ağayev də qatılıb. Davit İmedaşvili isə məşqdə iştirak etməyib. Gürcü futbolçu xəstələndiyi üçün klubun bazasında istirahət edir.
Mirça Rednik ötən gün baş tutan məşqdə üçtərəfli oyun keçirib. Kamran Ağayev, Denis Romanovs və qapıçılarla işləyən məşqçi Hafiz Əliyevi qapıda dayandıran mütəxəssis yetirmələrini üçtərəfli oyunda sınayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın