"Neftçi"nin keçmiş rəsmisi "İnter"də

"Neftçi"nin keçmiş rəsmisi "İnter"də
XƏBƏR 6 Avqust 2010 / 13:09 1798
-  A +

Son ölkə çempionu "İnter"in baş direktorunun yeni müavini müəyyənləşib. Qol.Az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, Müzəffər Novruzəliyevin müavini vəzifəsinə Səbuhi Səfiyarlı təyin olunub. Bu gün "İnter" PİK-in prezidenti Georgi Nikolovun əmrilə Səbuhi Səfiyarlı idman direktorunun müavini vəsifəsinə təyin edilmişdir. O, elə bu gündən vəzifə səlahiyyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, baş direktorun müavini Kamran İsmayılov bir neçə gün öncə istefa verib. Səbuhi Səfiyarlı isə uzun müddət "Neftçi"nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki