Devran Ayhan əvəzedici komandaya göndərildi

Devran Ayhan əvəzedici komandaya göndərildi
XƏBƏR 6 Avqust 2010 / 12:45 2091
-  A +

"Xəzər Lənkəran" rəhbərliyi türkiyəli futbolçu Devran Ayhanı əvəzedici heyətə göndərib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Mirça Rednikin istəyi ilə transferə çıxarılan Ayhan özünə yeni klub tapacağı halda "Xəzər Lənkəran"ı tərk edəcək. Əks halda, o, komandanın əsas yox, əvəzedici heyətində çıxış edəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqada 2010-2011-ci il mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına ünvanlayıb. Lakin həmin siyahıda Devran Ayhanın adı göstərilməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı