Əhməd Ələsgərov Bakıya gəlib

XƏBƏR 27 Yanvar 2009 / 15:52 2964
-  A +

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan futbolunun veteranları Əhməd Ələsgərov və Nikolay Boqdanovla görüşüb. Qol.Az-ın məlumatına görə, II Bakı Beynəlxalq Futzal Turnirin bağlanış mərasimi ilə əlaqədar AFFA tərəfindən ölkəmizə dəvət olunan hər iki futbol veteranı göstərilən diqqətə görə assosiasiya rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan futbolunun tarixi barədə danışılıb, bugünü müzakirə olunub və inkişaf perspektivləri nəzərdən keçirilib. Ə.Ələsgərov və N.Boqdanov ölkəmizdə futbolun inkişafı ilə bağlı tövsiyələrini bildiriblər. Daha sonra futbol veteranları E.Məmmədovun müşayiəti ilə AFFA tərəfindən inşa edilmiş Futbol Akademiyası ilə tanış olub, qısa müddət ərzində burada yaradılmış yüksək şəraitin gənc futbolçuların yetişdirilməsində müstəsna rolunun olacağını deyiblər. Baş katib Elxan Məmmədov tərəfindən Ə.Ələsgərova və N.Boqdanova gələcəkdə də Futbol akademiyasına gələrək burada təhsil alan uşaqlara dəyərli məsləhətlərini vermək təklif olunub. Hər iki futbol veteranı bu təklifə müsbət yanaşdığını bildirib.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın