Natiq Əliyev: «Yeganə problemimiz stadionla bağlıdır»

Natiq Əliyev: «Yeganə problemimiz stadionla bağlıdır»
ÖLKƏ FUTBOLU 27 Yanvar 2009 / 15:40 4119
-  A +

Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyev növbəti mövsümdə premyer-liqada iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma qrupuna sənədlərini təqdim etməmələrinin səbəbini açıqlayıb. Qol.Az-ın müxbiriylə söhbətində N.Əliyev sənədlərin yekunlaşmaq üzrə olduğunu və fevralın 5-dək AFFA-ya təqdim ediləcəyini bildirib.
N.Əliyev onlar üçün yeganə problemin stadionla bağlı olduğunu söyləyib. «AFFA-nın tələblərinə görə, növbəti mövsümdən bir stadionda bir klub oynamalıdır. Bu isə indiki reallığa uyğun deyil. Hazırda MOİK-in stadionda təmir gedir, bu proses may ayında başa çatacaq. Biz isə oyunlarımızı öz stadionumuzda ən yaxşı halda sentyabrda keçirə biləcəyik. Bu mövsüm bütün «ev» oyunlarımızı «Şəfa» stadionunda keçirəcəyik».

Daha çox


Son xəbərlər