AFFA-dan dörd kluba cəza

AFFA-dan dörd kluba cəza
ÖLKƏ FUTBOLU 27 Yanvar 2009 / 15:23 2972
-  A +

AFFA növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün Lisenziyalaşdırma qrupuna lazımi sənədləri təyin olunmuş vaxta kimi (12.01.2009) təqdim etmədiyindən bir neçə klubu cəzalandırıb. Qol.Az-ın məlumatına görə, «Xəzər-Lənkəran», «Muğan», «Standard» klubları idman meyarı üzrə, «Turan» klubu isə həm idman, həm də infrastruktur meyarı üzrə müvafiq sənədləri təyin olunmuş vaxtdan gec təqdim ediblər.
AFFA-nın Nizam-İntizam Qaydalarının 74-cü maddəsinə uyğun olaraq, sənədləri təyin olunmuş vaxtda təqdim etmədikləri üçün klub hər bir iş günü üçün 1000 manat məbləğində cərimə ödəməlidir. AFFA-nın qərarına əsasən, sənədləri vaxtında təqdim etmədikləri «Xəzər-Lənkəran» 1000, «Muğan» 3000,  «Standard» 2000, «Turan» 3000 manat məbləğində cərimələnib. MOİK isə Lisenziyalaşdırma qrupuna infrastruktur və idman meyarları üzrə, ümumiyyətlə, sənəd təqdim etmədiyi üçün cərimə olunmayıb.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı