“Qarabağ” polşalılardan qisasımızı aldı

“Qarabağ” polşalılardan qisasımızı aldı
ÖLKƏ FUTBOLU 5 Avqust 2010 / 22:55 7488
-  A +

Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Polşanın “Visla” klubunu qəbul edib. Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda komandamızı avroliqanın sonuncu təsnifat mərhələsinə - pley-offa çıxmaq üçün ən azı heç-heçə də qane edib. Amma komandamız möhtəşəm oyun sərgiləyərək parlaq qələbə əldə edib.
 
5 avqust
Avropa Liqası (üçüncü təsnifat mərhələsi, cavab oyunu)

21:00. “Qarabağ” (Azərbaycan) – “Visla” (Polşa) - 3:2

QOLLAR: Əfran İsmayılov, 28 (1:0). Rauf Əliyev, 33 (2:0). Rəşad Sadiqov, 35 (3:0). Pavel Broşek, 56 (3:1). Rafal Boquski, 88 (3:2)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: BÜLƏNT YILDIRIM, Mustafa Emre Eyisoy, Cem Satman, Hakan Ceylan (hamısı Türkiyə).
Hakim-inspektor: Volfqanq Sova (Avstriya).
UEFA nümayəndəsi: Zvi Rosen (İsrail).
İlk oyun - 1:0.

“QARABAĞ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubins, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 4. Zaur Həşimov, 7. Namiq Yusifov, 8. Aslan Kərmiov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
“VİSLA”: 1. Milan Yovaniç, 7. Radoslav Sobolevski (k), 8. Pyotr Brojek, 9. Rafal Boquski, 13. Draqan Palyiç, 15. Junior Dias, 16. Tomaş Yirşak, 19. Patrik Maleçki, 22. Erik Çikoş, 24. Mateuş Kovalski, 79. Matey Juravski.
Ehtiyat oyunçular: 81. Mariuş Pavelek, 11. Voyçex Lobodzinski, 17. Andrey Kirm, 20. Peter Sinqlar, 23. Pavel Broşek, 28. Sezar Vilk.
Baş məşqçi: Henrix Kasperçak.

* Komandalar oyun öncəsi son məşqə çıxıblar. Stadiona təxminən 10 min azarkeş toplaşsa da, getdikcə mərkəzi arenanın tam dolacağı istisna olunmur.

* Oyun öncəsi yüngül isinmə hərəkətlərini başa vuran komandaların üzvləri meydanı tərk etdilər və artıq çıxmağa hazırlaşırlar. Stadionda isə təxminən 25 min azarkeş var.

Oyun başladı. “Qarabağ”ımıza uğurlar!!!

2. İlk hücum qonaqlardan gəlir. Lakin onlar korner qazansalar da, cəhdləri faydasız qalır

3. Polşalıların daha bir hücumu. Teli yaxşı oynayaraq, təhlükənin böyüməsinə imkan vermir

7. Rubinsdən təhlükəli asma. Rauf topa toxuna bilməsə də, birbaşa qapıya gedən topu son anda Brojek xətddən kornerə çıxarır

8. Əks hücum zamanı Palyiçin zərbəsi qapıdan yan keçir

8. Çikoş da Palyiçin aqibətini yaşayır

15. Oyun daha çox meydanın mərkəzində gedir. Komandalar təhlükəli hücumlar qurmaqda çətinlik çəkirlər

Mərkəzi arenada oyunu 30 mindən çox azarkeş izləyir

19. Juravski təhlükəli zərbə mövqeyinə çıxsa da, Fərhad onun zərbəsini zərərsizləşdirməyi bacarır

24. Maksimin uzaqdan vurduğu möhtəşəm zərbəni rəqib qapıçı çətinliklə qaytarır. Epizodun davamında Rubins daha yaxın məsafədən ideal zərbə mövqeyinə çıxsa da, topu qapının üstündən vurur

27. Aqollinin asmasından sonra Rauf topa toxuna bilmir, Əfranın zərbəsi isə dirəkdən qayıdır. Ancaq epizodun davamında cərimə meydançasına gələn topu Əfran növbəti cəhdində isə...

28. Qooooooooooooooooooooolllll... Əfran İsmayılov hesabı açır - 1:0

31. Maleçkinin zərbəsi qapıdan yan keçir

33. Qooooooooooooooooooooooooooooooll. Rauf Əliyev - 2:0

Əfranın ideal asmasından sonra Rauf başla gözəl qola imza atır.

35. Qoooooooooooooooooooooooooollll.. Rəşad Sadiqov cərimə meydançasında iki rəqib oyunçunu aldadıb topu qapıya göndərir – 3:0

39. Komandamızın növbəti qol imkanı. Raufun zərbəsi tirin yanından keçir

41. Adamiya zədələnir. Amma ümid edək ki, o, tezliklə meudana dönəcək

42. Rəşad Sadiqovun uzaqdan zərbəsini son anda rəqib qapıçı kornerə çıxarmaq məcburiyyətində qalır

45. Komandamızın növbəti gözəl qol imkanı. Son anda rəqib müdafiəçi qola imkan vermir

İlk yarı başa çatdı

İkinci hissə başladı

“Visla”nın baş məşqçisi ikinci hissəyə əvəzetməylə başladı. O, Tomaş Yirşakın əvəzində meydana Sezar Vilki, Draqan Palyiçin əvəzində isə Pavel Broşeki buraxır.

46. Adamiya Raufu qapıçıyla təkbətək çıxarsa da, Əliyevin zərbəsi qapıdan yan keçir

Komandamızın iki ardıcıl künc zərbəsi bəhrəsiz qalır

55. Boquskinin hesab arasındakı fərqi azaltmaq üçün imkanı olsa da, o ideal asmaya dəqiq baş zərbəsi endirə bilmir

56. Meydana yeni çıxan Broşek hesab arasındakı fərqi azaldır – 3:1

60. Komandamızın heyətində ilk əvəzetmə. Qurban Qurbanov Raufun əvəzində meydana Vüqar Nadirovu buraxır

63. Əfran Adamiyanı ideal zərbə mövqeyinə çıxarsa da, gürcü yaxın məsafədən qapıya dəqiq zərbə vura bilmədi

64. Juravski Rubinsi kobudluqla dayandırdığı üçün matçda ilk sarı vərəqənin müəllifi olur

67. Broşekin baş zərbəsi təhlükəli olsa da, yan keçir

68. Əfran uzun cinah reydindən sonra qapıya zərbə endirsə də, dəqiq oynamır

69. Adamiyanın cərimə meydançasına girməsinə kobudluqla mane olurlar. Cərimə zərbəsi. Lakin futbolçularımız bu imkandan yararlana bilmir

74. Maleçki hakimə etiraz etdiyinə görə sarı vərəqə alır

77. Rubins gözəl cinah reydi edib, qapı ağzına gözəl ötürmə versə də, son nöqtəni qoyan oyunçumuz olmadı

78. Vüqarın zərbəsi müdafiəçiyə toxunub, kornerə çıxır. Lakin korner zamanı Nadirovun zərbəsini qapıçı tutur.

78. Rəqib komandanın heyətində son əvəzləmə. Maleçkinin əvəzində meydana Voyçex Lobodzinski çıxır

80. Fərhad rəqib komandanın təhlükəli hücumunun qarşısını çətinliklə də olsa alır.

80. Adamiyanın əvəzində meydana Aslan Kərimov çıxır

84. Rəqib komanda hücum təşkil etsə də, müdafiəçilərimiz səhsiz oynayır

85. Rubinsin ideal asması. Vüqarın baş zərbəsi...top qapının azca üstündən keçir

86. Komandamızın heyətində son əvəzləmə. Rubinsi Emin İmaməliyev əvəzləyir

88. Boqusku hesab arasındakı fərqi minimuma endirir - 3:2

Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur

Oyun başa çatır. "Qarabağ"ımız növbəti mərhələdə. "Qarabağ"ımız daha bir tarix yazır, bir mövsümdə 3 mərhələ adlayır. Komandamıza növbəti mərhələdə də uğurlar arzulayırıq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı