Serj Sərkisyan Türkiyə - Ermənistan oyununu Kayseridə izləyəcək

XƏBƏR 27 Yanvar 2009 / 11:45 2508
-  A +

Türkiyə və Ermənistan milli futbol komandaları arasında növbəti görüş Kayseridə keçiriləcək. Prezident Abdulla Gülün vətəni olan Kayseridə tikilən «Kadir Has» stadionu bu il oktyabrın 14-də Ermənistanın dövlət başçısı Serj Sərkisyanın iştirakıyla açılacaq.

Dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer alan Türkiyə və Ermənistan milliləri arasında ilk oyun ötən il sentyabrın 6-da Yerevanda baş tutub. S.Sərkisyanın dəvəti ilə Ermənistan paytaxtına gedən A.Gül həmin oyunu tribunalardan canlı izləyib.

Daha sonra A.Gül S.Sərkisyanı cavab görüşünü izləmək üçün Türkiyəyə dəvət edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord