Marko Şarlia: "Çempion olacağımıza əminəm"

Marko Şarlia: "Çempion olacağımıza əminəm"
XƏBƏR 27 Yanvar 2009 / 01:00 2983
-  A +

“Bakı”nın qapıçısı Marko Şarlia klubun rəsmi saytına müsahibə verib.Müsahibəni təqdim edirik.

-Məşqlər necə keçir?

- Məşqlərimiz yüksək səviyyədə keçir.Əsasən fiziki hazırlıqlara üstünlük veririk.Göründüyu kimi təlimlərin sonuna kimi bütün futbolçular ikinci dövrəyə tam hazır olacaqlar.

-Geridə qalan yoxlama görüşlərindən hansı təəssüratlar qalıb və komandamızın bu qarşılaşmalardakı oyununu qənaətbəxş sayırsanmı?

- Antalyada olduğumuz müddətdə 3 yoxlama görüşü keçirmişik. Bildiyiniz kimi onlardan birində qalib gəlmişik, birini heç-heçə başa vurmuşuq və birində məğlub olmuşuq. Düzünü desəm, ağır məşqlərdən sonra futbolçularda və məndə bir qədər yorğunluq hiss olunurdu. Lakin buna baxmayarq komandamız çox gözəl oyun sərgiləyir və gələcəkdə daha da səviyyəli futbol sərgiləyəcəyik.

-Komandamızda əsas qapıçı olmaq uğrunda sən və Sissoko arasında güclü rəqabət gedir. Ölkə çempionatının ikinci dövrəsində bu rəqabətin davamına hazırsanmı?

-
Mən rəqabətə hər zaman hazıram. Sissoko güclü qapıçı və gözəl insandır. Onunla möhkəm dostluq əlaqələrimiz var. Rəqabətə gəldikdə isə, rəqabət olmasa inkişafdan söhbət gedə bilməz. Ona görə öz üzərimdə çalışıram və inanıram ki, baş məşqçi mənə daimi olaraq əsas heyətdə yer verəcək.

-Çempionluq uğrunda komandamızın əsas rəqibi kimi hansı komandanı görürsən?

-
Öncə əminliklə demək istəyirəm ki, çempion biz olacağıq. Buna heç bir şübhəm yoxdur. Çempionatda mənim fikrimcə zəif komanda yoxdur. Çempionatın səviyyəsi yüksəlir, hər bir komanda ilə qarşılaşmada xal itirə bilərik. Yüksək səviyyədə hazırlaşıb belə halların qarşısını almalıyıq. Çempionluq uğrunda mübarizədə əsəs rəqibimizin "İnter" olacağını təxmin edirəm.

bakifc.az


Son xəbərlər