Maskerano Veronun klubu ilə müqavilə bağladı

Maskerano Veronun klubu ilə müqavilə bağladı
DÜNYA FUTBOLU 9 Dekabr 2019 / 14:11 2510
-  A +

“Barselona”nın sabiq futbolçusu Xavyer Maskeranonun Argentinanın “Estudiantes” klubuna keçidi rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Estudiantes”in prezidenti bir vaxtlar Argentina millisində Maskerano ilə komanda yoldaşı olmuş Xuan Sebastyan Verondur.

Xatırladaq ki, Maskerano Avropada "Vest Hem", "Liverpul" və "Barselona"da çıxış edib. O, son olaraq Çinin "Hebey Fortune" klubunda oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı