"Mançesterdə hər şeyim var idi" - Mourinyo

"Mançesterdə hər şeyim var idi" -  Mourinyo
DÜNYA FUTBOLU 4 Dekabr 2019 / 15:11 3626
-  A +

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo  sabiq komandası "Mançester Yunayted"lə oyundan əvvəl “mankunyanlar”dakı karyerasından danışıb.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistin "Mançesterdə niyə xoşbəxt deyildiniz" sualını cavablandırıb. O, əslində "MY"-də onun üçün hər şeyin rahat olduğunu deyib: 

"Əgər öz evimdə yaşasaydım, məmnun olmazdım. İstəmədiyim halda evi təmizləmək məcburiyyətində qalardım. Amma möhtəşəm bir mənzildə yaşayırdım və oranı hər həftə sonu tərk etməyə məcbur olmurdum. Kitablarım, televizorum, notbukum ordaydı. Hər şeyim vardı. Orada vəziyyətim olduqca yaxşı idi".

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" - "Tottenhem" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı