“Turan” Bakıda beş yoldaşlıq görüşü keçirəcək

XƏBƏR 26 Yanvar 2009 / 21:15 2592
-  A +

Hazırlığın ilkin mərhələsini başa vuraraq ikinci mərhələ üçün Bakıya gələcək “Turan” paytaxtda beş yoldaşlıq görüşü keçirəcək. Bunu Qol.Az-a Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Rasim Əliyev deyib: “Hazırda komandanın rəisi İman Həsənov Bakıda potensial rəqiblərlə danışıqlar aparır. Yanvarın 28-də paytaxta gəlməyi planlaşdırırıq. Beş yoxlama görüşü keçirəcəyimiz dəqiqdir. Heyətə yeni cəlb olunacaq futbolçular da məhz həmin görüşlərdə sınaqdan çıxarılacaq”.

Daha çox


Son xəbərlər