«Qarabağ»ın növbəti rəqiblərinin adları açıqlandı

XƏBƏR 26 Yanvar 2009 / 20:10 2848
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən «Qarabağ»ın növbəti rəqibləri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Ağdam klubu fevralın 3-ü Rusiya təmsilçisi «Kuban»la qarşılaşacaq.Yanvarın 31-i isə Ukrayna təmsilçisi «Zarya»yla oyun nəzərdə tutulub. Komandanın baş məşqçisi Qurban Qurbanov bildirib ki, premyer liqadakı klubların əksəriyyəti köhnə sovet məktəbi fəlsəfəsindən istifadə etdiklərindən onlar postsovet ölkələrindən olan komandalarla yoxlama oyununa üstünlük veriblər: «Azərbaycan klubları daha çox sabiq mütəffiq ölkələrdən olan futbola üstünlük verir. Biz də bu səbəbdən həmin oyun üslubuna malik komandalarla oynamağı üstün tuturuq. Bu futbol isə atletik, sərt, fiziki futbola əsaslanır». 

 


Son xəbərlər