«Xəzər-Lənkəran»ın rəqibi dəyişdi

XƏBƏR 26 Yanvar 2009 / 18:59 2582
-  A +

Antalyada təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran”ın planında müəyyən dəyişiklik olub. Qol.Az-ın məlumatına görə, komandanın II bundesliqanın liderlərindən olan “Alemanniya”yla görüşü baş tutmayacaq. Son günlər Antalyaya yağan aramsız yağışlar almanların planlarına, o cümlədən «XL»lə qarşılaşmaq istəyinə təsirsiz ötüşməyib. Lakin “Xəzər Lənkəran” rəsmiləri qısa zaman kəsiyində başqa rəqib tapmağa müvəffəq olublar. Baş məşqçi İqor Ponomaryovun istəyinə uyğun olaraq Türkiyədəki son sınaq matçında rəqib Almaniya təmsilçisi VfR “Aalen” olacaq. “Alemanniya”dan fərqli aalenlilər III bundesliqanı təmsil edir. Lakin “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayevin sözlərinə görə, Ponomaryov futbolçuları məhz alman komandasıyla oyunda sınaqdan keçirmək istədiyindən bu varianta üstünlük verilib. Oyun sabah Bakı vaxtıyla saat 18.00-da baş tutacaq.

 


Son xəbərlər