“Təəssüf ki, “Milan”ın fanatı idim" - Kyellinidən etiraf

“Təəssüf ki, “Milan”ın fanatı idim" -  Kyellinidən etiraf
DÜNYA FUTBOLU 12 Noyabr 2019 / 13:50 2744
-  A +

“Yuventus”un kapitanı Corcio Kyellini uşaqlıqda “Milan” azarkeşi olduğunu etiraf edib.

Qol.az xəbər verir ki, 35 yaşlı müdafiəçi  İtaliya mətbuatına açıqlamasında illər keçdikcə ağıllandığını və səhv etdiyini başa düşdüyünü bildirib:

“Təəssüf ki, “Milan”ın fanatı idim. Amma bu geridə qaldı, illər keçdikcə daha ağıllı oldum. Maldini ən sevimli oyunçum idi.

Əkiz qardaşım “Yuventus”u dəstəkləyirdi. Ona qarşı olmaq üçün “Milan”a azarkeşlik edirdim. Təsəvvür edin, 20 yaşımda “Yuventus” məni alanda qardaşım necə xoşbəxt idi. Turinə köçən kimi dərhal bu kluba aşiq oldum. İndi düşünürəm ki, bu planetdə “Yuventus”u məndən artıq sevən insan tapmaq çətindir".

Qeyd edək ki, Kyellini 2004-cü ildən “Yuventus”da çıxış edir. O. “qoca sinyora” ilə 500-dən çox oyun keçirib və 18 titul qazanıb.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı