«Bakı»nın hucümçusu Ukraynada oynaya bilər

XƏBƏR 26 Yanvar 2009 / 16:25 1969
-  A +

«Bakı» klubunun gənc üzvü Rüstəm Novruzov Ukraynanı "Arsenal" klubunun maraq dairəsindədər. Qol.Az-ın məlumatına görə, Kiyevdə baxışda olan 19 yaşlı hücümçu Aleksandr Zavarovun rəğbətini qazana bilib. "Bakı"nin və gənclərdən ibarət milli komandamızın forvardı sürətli və texnikalı oyunu ilə Kiyev komandasının məşqçilər heyyətinin diqqətini cəlb edib.
Ukrayna Futbol Federasiyasının ölkə çempionatlarının keçirilmə əsasnaməsinə uyğun olaraq, klublar Azərbaycanda olduğu kimi Ukraynada da hər bir legioner futbolçuya görə federasiya xəzinəsinə 25 min dollar məbləğində vəsait ödəməlidirlər. Bu səbəbdən "Arsenal" rəhbərliyi yerli oyunçuların transferində daha maraqlıdır. Bununla belə, Rüstəm gənc və perspektli bir oyunçu kimi Zavarovun komandasında görmək istədiyi oyunçular sırasındadır.
"Arsenal" rəhbərliyinin açıqlamalarına əsasən, Rüstəmin "Arsenal"da qalıb-qalmayacağı barədə qərar gələn həftə veriləcək.


 

 

Daha çox


Son xəbərlər
22.10.18  16:34

Kozakın yerinə Qapal