Oleq Mazurenko: “Çernamorets”lə anlaşa bilməsəm ya Qazaxıstana gedəcəm, ya da Azərbaycana”

XƏBƏR 26 Yanvar 2009 / 14:37 2730
-  A +

Hazırda Ukraynanın elita klublarından olan “Çernamorets”in maraq dairəsində olan Oleq Mazurenko karyerasını Azərbaycanda davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatına verdiyi müsahibəsində futbolçu özü deyib: “Mövsüm öncəsi “Çernamorets”in düşərgəsində məşq edirdim. Amma təəssüf ki, zədə işləri korladı. Buna görə Kiyevdən müalicədən qayıtdıqdan sonra “Desna” ilə 6 aylıq müqavilə bağladım. Amma burada çox qalmaq fikrim yoxdur. Odessadan zəng gözləyirəm. Əgər onlarla və Ukraynanım digər elita təçsilçiləri ilə anlaşa bilməsəm, o zaman ya Qazaxıstana gedəcəyəm, ya da Azərbaycana. Bu ölkələrdən dəvət almışam. Artıq 31 yaşım var və ailəm məndən yemək, geyim istəyir. Oturub daha yaxşı variant gözləməyə vaxtım yoxdur”. Son da qeyd edək ki, Mazurenko “İliçeviski”dən qalmaqallı şəkildə ayrılması ilə diqqətləri çəkmişdi.


Son xəbərlər