Bolqarıstan mətbuatı: “Yordanov Azərbaycana getsə, “İnter”i seçəcək”

XƏBƏR 26 Yanvar 2009 / 13:01 2628
-  A +

Son vaxtlar Azərbaycan klublarının maraq dairəsində olan futbolçulardan biri kimi Bolqarıstan MOİK-nın yarımmüdafiəçisi Yevgeni Yordanov göstərilir. Onun xidmətində “İnter”, “Bakı”, “Xəzər-Lənkəran” və “Neftçi”nin maraqlı olduğu deyilir. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu ölkəmizə gələsi olsa, “İnter”i seçəcək: “Çünki bu klubda iki bolqar oynayır - Petar Zlatinov və Sivilen Semyonov. Düzdür, “Neftçi”də Marko Davçev və “Xəzər-Lənkəran”da Svetkovun olduğunu da unutmaq olmaz. Amma onu da unutmayaq ki, “İnter”in prezidenti də bolqardır və üstəlik son Azərbaycan çempionluğunu qazanan bu klub hazırda da ilk dövrədən sonra zirvədə qərarlaşıb. Çətin ki, belə vəziyyətdə Yordanov digər klublara üstünlük versin”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi