"Bakı" "Anji" ilə heç-heçə oynadı

XƏBƏR 26 Yanvar 2009 / 12:21 2676
-  A +

Dünən «Bakı» Antalyada üçüncü hazırlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, Rusiyanın birinci liqasında mübarizə aparan "Anji" klubuna qarşı və ağır hava şəraitində keçən görüş qolsuz bərabərliklə başa çatıb - 0:0. Hər iki komandanın 2-3 real qol imkanı yaratmasına baxmayaraq, oyunda qapılara qol vurulmayıb.
»Bakı» növbəti yoxlama oyununu yanvarın 28-də keçirəcək. Həmin gün rəqib Rusiya yüksək liqa təmsilçisi "Şinnik" olacaq.

 


Son xəbərlər