"Hər iki komanda üçün vacib oyun olacaq. Rəqibin hələ də şansları qalır. Biz isə yüksəlişi davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynamışdıq. Bəhreyni isə isti hava şəraitinə rəğmən, yenmişik. Üç cəzalı oyunçumuz, bəzi zədəlilərimiz var. Buna baxmayaraq, komandamızdan yaxşı oyun gözləyirik. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətlərinin fərdi səhvlərdən qaynaqlandığını düşünürəm. Onların öz meydanlarında gözəl oynayacaqlarını düşünürəm".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri Avro-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, ardıcıl qollar vurmaları yaxşı haldır. O, Macarıstanla şəxsi oyunlardakı mənfi statistikaya son qoymağa çalışacaqlarını diqqətə çatdırıb: "Açığı, uğurlu nəticə təqdirində buradan özümlə nə aparmaq haqda düşünməmişəm. Ola bilsin, hər hansı suvenir və ya Macarıstan şərabı götürmək olar".
53 yaşlı baş məşqçi Mahir Emreli kimi hücumçusuz gəldiklərinə diqqət çəkərək, Ağabala Ramazanovun da özünü yaxşı tərəfdən göstərəcəyinə ümidvar olduğunu söyləyib: "Ümid edirəm ki, rəqib baş məşqçi Marko Rossinin sadaladığı yaxşı oyunçularımız siyahısına Ramazanov da qoşulacaq".
Yurçeviç Bəhreynlə qarşılaşmada zədə üzündən forma geyinməyən Qara Qarayevin hazırda vəziyyətinin yaxşı olduğunu və komandanı kapitan kimi meydana çıxaracağını əlavə edib. O, xəstəliyi ilə əlaqədar yoldaşlıq görüşündə çıxış etməmiş Pavel Paşayevin də hazırda formada olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq (Report).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi