“Neftçi” “Dyusburq”un oyunçusu ilə hələ anlaşmayıb

XƏBƏR 26 Yanvar 2009 / 11:27 2836
-  A +

Bir müddətdir “Neftçi”nin düşərgəsində olan Almaniyanın “Dyusburq” klubunun qanalı futbolçusu Valentine Atemi ilə hələlik müqavilə bağlanmayıb. Bunu Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı deyib. Almaniyanın transfermarket.de saytına verdiyi açıqlamasında isə alman klubunun icraçı direktoru Bruno Hyubner “Neftçi”nin Atemini transfer ermək istədiyini deyib. S.Səfiyarlının sözlərinə görə isə futbolçu baxışdan keçib və geri qayıdıb. Onun haqqında son qərar isə verilməyib. Bundan başqa baş məşqçi Hayns Yurgen Gede bir sıra futbolçunu baxışdan keçirsə də, hələ ki, onların da heç biri ilə müqavilə bağlanmayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın