Fariz Yusifov Saenkonu ziyana saldı

XƏBƏR 26 Yanvar 2009 / 10:52 2638
-  A +

Azərbaycan hakimi Fariz Yusifov Antalyada keçirilən «Spartak»la  «Çernomorets» arasında yoxlama oyununu idarə edib. Qol.Az-ın Rusiya mətubuatına istinadən verdiyi məlumata görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmada həmyerlimiz Moskva komandasının üzvü İvan Saenkoya sarı vərəqə göstərib. Yusifov 46-cı dəqiqədə meydana çıxan Rusiya millisinin üzvünün boynunda qızıl boyunbağını görüb. Nəticədə, hakim futbolçudan boyunbağını çıxarmağı tələb edib və buna görə, Saenkoya sarı vərəqə göstərib. Oyundan sonra «Spartak» rəsmiləri Saenkonun 2 min dollar məbləğində cərimələndiyini bildiriblər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord