"Qəbələ" - "Taraz" 0:1

XƏBƏR 26 Yanvar 2009 / 02:31 2135
-  A +

Yanvarın 21-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Qəbələ" artıq ilk yoldaşlıq görüşünü Qazaxıstanın "Taraz" klubu ilə keçirib.Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə baş məşqçi Ramiz Məmmədov start heyətini bu şəkildə müəyyənləşdirib: Mirza Merliani, Mikayıl Namazov, Miliya Jijiç, Anatoli Tebloyev, Qoqa Beraya, Abdulkader Kamara, Anatoli Ostap, Qogi Pipiya, Tomaş Stolpa, Duşan Vidoyeviç və Kənan Kərimov. Adları qeyd edilən oyunçulardan Merliani və Pipiya hazırda komandada baxışdadırlar. Serb yarımmüdafiəçi Duşan Vidoyeviçlə isə Antalya səfərindən qabaq müqavilə bağlanılıb və o, növbəti bir ildə "Qəbələ"nin şərəfini qoruyacaq.Qeyd edək ki, "Qəbələ" yanvarın 27-də Perm "Amkar"ı ilə yoxlama matçı keçirməyi planlaşdırır.

 

Daha çox


Son xəbərlər