Azərbaycan futzalçıları Gürcüstanı darmadağın etdilər

XƏBƏR 26 Yanvar 2009 / 00:25 2809
-  A +

Bakı İdman Sarayında futzal üzrə 2-ci beynəlxalq turnir start götürüb. Bu gün ilk turun oyunları keçirilib. Yarışın əsas favoriti, Azərbaycanın futzal üzrə milli komandası Gürcüstan komandasını 6:2 hesabı ilə məğlubiyyətə uğradıb. Günün digər qarşılaşmasında isə Moldova komandası Mahaçqalanın "Kaspi" klubundan üstün olub: 3:1. Yanvarın 26-da 2-ci turun görüşləri olacaq. İlk oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Gürcüstan və Moldova milli komandaları görüşəcəklər. Saat 20.30-da isə Azərbaycan milli komandası "Kaspi" ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər