"Hələ görüləcək işlərimiz var” - Joze Alesio

"Hələ görüləcək işlərimiz var” -  <b style="color:red">Joze Alesio </b>
XƏBƏR 23 Sentyabr 2019 / 19:01 1504
-  A +

“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım".

Qol.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla  oyundan (2:2) sonra AFFA-nın saytına deyib.

"Məni narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. 10 metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var” - deyə o bildirib.

 

Daha çox


Son xəbərlər
15.10.19  11:02

Ronaldodan 700-cü qol

14.10.19  20:47

PSJ-də Neymar şoku