"Futbolçulara xəbərdarlıq etmişdim" - Elşad Əhmədov

"Futbolçulara xəbərdarlıq etmişdim" -  Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 25 Avqust 2019 / 22:15 3126
-  A +

"Oyuna normal başladıq. Birinci hissədə top həm bizdə, həm də rəqibdə olurdu. Fasilə ərəfəsində buraxılan qol komandamızın oyununa təsirini göstərdi. İkinci hissədə oyunda gedişatı dəyişməyə çalışdıq, hücumlar zamanı cinahlarda fəallığı artırdıq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Keşlə"yə uduzduqları ev oyunundan (0:1) sonra mətbuat konfransında deyib.


Məğlubiyyəti şərh edən çalışdırıcı qol vurmaq baxımından problemlərinin olduğunu bildirib: "Futbolçularımıza verilən tapşırıq ondan ibarətdir ki, topa nəzarət daha çox bizdə olsun. Amma eyni zamanda fürsət düşdükcə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaratmalıyıq. Bu baxımdan hələlik problemlərimiz var. Məsələn, Ulisse Diallodan çox şey gözləyirdik. Lakin oyunu alınmadığına görə ilk hissədən sonra onu əvəzlədik. Düzünü desək, ilk yarıda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədik.

Ola bilər ki, “Neftçi”yə qarşı yaxşı oynadıqdan sonra futbolçularda müəyyən arxayınlıq var idi ki, “Keşlə”yə asanlıqla qalib gələcəklər. Hətta bununla bağlı üç gün öncə futbolçularla söhbətimiz olmuşdu, onlara xəbərdarlıq etmişdim. Hətta ötən mövsüm də ilk turdan sonra “Sumqayıt”a bu şəkildə uduzmuşduq və onu yada saldım. Amma göründüyü kimi, yenə eyni aqibəti yaşadıq, cəzalandıq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı