Şahin Diniyev yığmanın oyunundan narazı qalıb

XƏBƏR 20 Noyabr 2008 / 15:12 4002
-  A +


Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev hesab edir ki, milli dünən Albaniya ilə oyunda heç də yaxşı təsir bağışlamayıb. «Oyun xoşuma gəlmədi. Futbolçularımız meydanda bir-birlərini yaxşı başa düşmürdülər. Amma nəzərə almaq lazımdır ki, bu yoldaşlıq oyunudur, baş məşqçinin əsas məqsədi futbolçuları yoxlamaqdır».

Diniyev uzun fasilədən sonra yığma komandaya çağırılan Sergey Sokolov və Ernani Pereyra ilə bağlı fikirlərini də bildirib.

«Hər iki futbolçunun yığmaya dəvət olunmasını müsbət hal sayıram. Sokolov «Simurq», Ernani isə «Karvan» klubunda etibarlı oyunu ilə diqqət çəkir. Hesab edirəm ki, bu futbolçular yığmaya xeyir verə bilərlər», - deyə millinin keçmiş baş məşqçisi əlavə edib.

Mənbə: Trend


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord