Mundialın rəmzi yığması məlum oldu

Mundialın rəmzi yığması məlum oldu
XƏBƏR 16 İyul 2010 / 12:09 1710
-  A +

Cənubi Afrika Respublikasında keçirilən sonuncu – sayca 19-cu dünya çempionatının rəmzi yığmasını açıqlanıb. Qol.Az-ın məlumatına görə, FİFA tərəfindən açıqlanan bu rəmzi yığma dünyanın ali futbol qurumunun rəsmi internet saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşib. Gəzlənildiyi kimi, rəmzi yığmada daha çox mundialın qalibi adını qazanan İspaniya millisinin üzvü yer alıb. Del Boskenin 6 yetirməsinin yer aldığı siyahıda üçüncü yerlə kifayətlənən Almaniya millisi isə 2 futbolçu ilə təmsil olunur. Qalan 3 futbolçu isə Hollandiya, Braziliya və Uruqvay yığmalarının üzvləridir.

Qapıçı: İker Kasilyas (İspaniya)
Müdafiəçilər: Karles Puyol, Serxio Ramos (hər ikisi İspaniya), Filip Lam (Almaniya), Maykon (Braziliya)
Yarımmüdafiəçilər: Uesli Sneyder (Hollandiya), Xavi Ernandes, Andres İnyesta (hər ikisi İspaniya), Bastian Şvaynştayger (Almaniya)
Hücumçular: David Vilya (İspaniya), Dieqo Forlan (Uruqvay)

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı