“Bakı”nın futbolçuları “Anderlext”də məşqlərini davam etdirirlər-FOTO

XƏBƏR 24 Yanvar 2009 / 23:43 3113
-  A +

Paytaxt klubunun gənc futbolçuları Bəxtiyar Soltanov və Aqil Məmmədov “Anderlext”də məşqlərini davam etdirirlər.Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə Bəxtiyar Soltanov artıq Belçika klubunun heyətində ilk oyununa çıxıb.Əvəzedicilər arasında keçirilən ölkə çempionatının növbəti turu çərçivəsində "Serkl Brügge" klubuna qarşı forma geyən Bəxtiyar sərgilədiyi oyunu ilə xoş təsir bağışlayıb.Aqil Məmmədov da "Anderlext"in məşqçilərinin diqqətini cəlb edib. Futbolçu artıq bu klubun əsas futbolçuları ilə birgə məşqlərə başlayıb.Qeyd edək ki, təlim-məşqlərini bitirəndən sonra futboçular Antalyaya yola düşərək əsas komandanın heyətinə qatılacaqlar.ə






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın