Messi 2009-cu ildən sonra ilk dəfə...

Messi 2009-cu ildən sonra ilk dəfə...
DÜNYA FUTBOLU 16 Avqust 2019 / 19:30 6735
-  A +

"Barselona"nın futbolçusu Lionel Messinin La Liqanın ilk turunda "Atletik"lə matçda oynamayacağı dəqiqləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədəsini sağalda bilməyən argentinalı hücumçu sözügedən matç oyun üçün heyətə daxil edilməyib.

"Marca" nəşri yazıb ki, Messi 2009-cu ildən sonra ilk dəfə La Liqanın birinci turunda oynamayacaq. O, bundan əvvəl sonuncu dəfə 2009-cu ildə zədə səbəbindən ilk turu buraxmışdı.

Qeyd edək ki, La Liqada 2019/20 mövsümünə bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq “Atletik” – “Barselona” matçı ilə start verilir.


Son xəbərlər