Özil və Kolaşinaç ilk oyunu buraxacaqlar

DÜNYA FUTBOLU 9 Avqust 2019 / 22:15 1940
-  A +

"Arsenal"ın futbolçuları Məsut Özil və Sead Kolaşinaç İngiltərə Premyer Liqasının ilk turunda "Nyukasl"la oyunu buraxacaqlar.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onlar sözügedən matç üçün heyətə daxil edilməyib. London təmsilçisi ötən ay bıçaqlı hücuma məruz qalan oyunçuların təhlükəsizliyi məqsədi ilə bu qərarı verib.

Qeyd edək ki, "Nyukasl" - "Arsenal" görüşü avqusun 11-i keçiriləcək.


Son xəbərlər