Ramal Hüseynov: “Bu gedişlə «Kocaelispor»da əsas heyətin daimi üzvü olacağam”

Ramal Hüseynov: “Bu gedişlə «Kocaelispor»da əsas heyətin daimi üzvü olacağam”
ÖLKƏ FUTBOLU 24 Yanvar 2009 / 12:47 3278
-  A +

Türkiyənin “Kocaelispor” klubunun “Bakı”dan icarə əsasında transfer etdiyi Ramal Hüseynovun Qol.Az saytına müsahibəsi
 
- Yeni komandanda işlərin necə gedir?
- Hər şey qaydasındadır. Artıq məşqlərimizin tempini daha da artırmışıq. Həm fiziki, həm də taktiki gedişlər üzrə hazırlıqlar davam edir. Bildiyiniz kimi mən Türkiyə klubunda icarə əsasında 6 ay çıxış edəcəyəm. Daha sonra isə yenidən “Bakı”ya qayıdacağam.
- Əgər, yayda “Kocaelispor” səni buraxmaq istəməsə, necə?
- Əslində çox istəyirəm ki, karyeramın bundan sonrakı dövrünü xaricdə keçirim. Bunun üçün əgər 6 aydan sonra təklif olsa, fikirləşəcəm. Əla şərtlər daxilində Türkiyədə qalacağam.
- Belə məlumat yayılıb ki, AFFA sənin «Kocaelispor»da oynamağın üçün Türkiyə Futbol Federasiyasına (TFF - red.) faks göndərməyib.
- Əslində AFFA göndərib, amma TFF bu haqda “Kocaelispor”a xəbər verməyib. Bu məsələ artıq öz həllini tapıb. Bu gün klub rəhbərliyi bütün işləri qaydasına qoydu. Artıq bu həftədən rəsmi oyunlarda da meydançaya çıxacağam.
- “Bakı”da olduğun vaxt ehtiyatda otururdun. “Kocalespor”da da eyni aqibəti yaşayacağından çəkinmirsən?
- Bütün məşqlərə məsuliyyətlə yanaşıram. Verilən tapşırıqları vaxtında yerinə yetirirəm. Düşünürəm ki, bu gedişlə əsas heyətin daimi üzvü olacağam.
- Ramal, ilk dəfədir legioner həyatı yaşayırsan. Azərbaycan üçün darıxmayacaqsan ki?
- Doğrudur, birinci dəfədir, ölkədən xaricdə çıxış edirəm. Açığı darıxacağımı bilirəm. Çünki ailəm Bakıda, mən isə Türkiyədə olacam. Futbol oynamaq mənim işimdir. Bunu ata bilmərəm. Yəni futbolsuz yaşamağım mümkünsüzdür. Hər şeyə baxmayaraq, burdakı işlərimi qaydasına qoyan kimi ailəmi Türkiyəyə gətirəcəyəm.
-  “Kocaelispor”da oynamaqla milli komandamıza dəvət ala biləcəksən?
- Hər halda “Kocaelispor” Türkiyə Superliqasında çıxış edən komandadır. Bizim Premyer Liqa ilə buranın arasında böyük fərq var. İnşallah, yaxşı oynamaqla baş məşqçi Berti Foqstun rəğbətini qazanarıq. Yəni tez bir zamanda əsas komandaya dəvət alaram.
 

Daha çox


Son xəbərlər