"Bu gün möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bol qollu oyun izlədik. Hətta deyərdim ki, bu, daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdir. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik".
Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Krayovada "Universitatya"ya 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis xüsusən möhtəşəm ikinci hissə keçirdiklərini və 3 illik tarixləri ərzində belə oyun sərgiləmədiklərini söyləyib:
"Ötən heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Sabit büdcəmiz var, bunun daxilində seleksiya aparırıq. Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədir. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik".
"Universitatya"nın stadionu və azarkeşlərini bəyəndiyini söyləyən Hacıyev gələn oyunlarında bu komandaya azarkeşlik edəcəyini vurğulayıb: "Bu komanda daha böyüyünə layiqdir. İnanırıq ki, "Universitatya" qrup mərhələsinədək irəliləyəcək". (Report)
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı