«Bakı» Nigeriya və braziliyalı futbolçuları baxışa çağırdı

XƏBƏR 23 Yanvar 2009 / 22:52 2614
-  A +

Antalyada təlim-məşq toplantısını davam etdirən «Bakı» heyətinə daha iki futbolçu dəvət edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan biri hazırda İsveçrənin birinci liqa təmsilçisi "Vöhen"də oynayan Alfred Emoefdir. 26 yaşlı nigeriyalı forvardın sabah Litenşteyn "Vaduts"u ilə oyunda meydana çıxacağı gözlənilir. Boyu 190 santimetr olan Alfred 2000-2003-cü illər arzində Nigeriyanın 21 və 23 yaşlılardan ibarət milli komandalarında 20 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə "Qrashoppers"ə transfer olunub. 2008-ci ildən "Völen" klubunun uğurları üçün çalışır. Cari müvsöm 11 dəfə "Völen" heyətində meydana çıxıb və 4 dəfə fərqlənib.
Daha bir hücumcunun da sabah "Bakı"ya qoşulacağı gözlənilir. Ukraynanın "Xarkov" klubunun 29 yaşlı hücumçusu Vilyam Roşa Batista cari mövsüm Ukrayna çempionatında 9 oyun keçirib və 2 qol vurub. Ümumilikdə isə, təcrübəli futbolçu Ukrayna şempionatlarında 53 oyunda meydana şıxıb və 17 qola imza atıb. Braziliyalı oyunçu 186 sm boya malikdir, çəkisi 80 kq-dır.
Baxışa dəvət olunacaq futbolçular adıçəkilənlərlə məhdudlaşmır. Yaxın günlərdə daha bir neçə futbolçunun Antalyaya gələcəyi gözlənilir.

 

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord