Monroz rəsmi debütündə qol vurdu

Monroz rəsmi debütündə qol vurdu
ÖLKƏ FUTBOLU 11 İyul 2019 / 21:40 2132
-  A +

“Neftçi”nin yeni transferi Stiven Monroz paytaxt klubunda ilk rəsmi oyununda qol vurub.

Qol.az xəbər verir ki, fransalı hücumçu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sperantsa” ilə səfər oyununda fərqlənib. 28 yaşlı futbolçu hazırda davam edən matçın 36-cı dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 2:0 edib.

Qeyd edək ki, Monroz yay fasiləsində “Qəbələ”dən “Neftçi”yə keçib.
 

Daha çox


Son xəbərlər
16.07.19  19:36

"Borussiya"dan PSJ-yə

16.07.19  14:21

Zidan qayıtdı