“Neftçi” bu gün “Kluj”la qarşılaşacaq

“Neftçi” bu gün “Kluj”la qarşılaşacaq
XƏBƏR 9 İyul 2010 / 12:56 1593
-  A +

Avstriyanın Erpfendorf bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” bu gün növbəti sınaq matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, iyulun 3-də Türkiyə nəhəngi “Beşiktaş”la oyunda məğlub olmayan (1:1) təmsilçimiz ayın 6-da Rumıniya “Otselul”u ilə bacarmadı – 0:3. Buna baxmayaraq, bu gün Arif Əsədovun komandası daha bir sınaq matçı keçirəcək. Rəqib, əvvəlcədən qeyd olunduğu kimi, Polşa “Zaqlebiye”si yox, “Kluj” olacaq. Maraqlıdır ki, adıçəkilən klub da “Otselul” kimi Rumıniya təmsilçisidir. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord