Jikitsa Tasevski Avropa Liqasında “Qarabağ”a azarkeşlik edəcək

Jikitsa Tasevski Avropa Liqasında “Qarabağ”a azarkeşlik edəcək
ÖLKƏ FUTBOLU 9 İyul 2010 / 12:35 2249
-  A +

“İlk oyundakı hesaba görə mərhələ keçmək şansımız möcüzəyə bağlı idi. Bununla belə hücumda oynamağı düşünürdük. Amma “Qarabağ” ağıllı oynadır, bizi demək olar, topsuz qoydu”. Qol.Az-ın məlumatına görə, bu sözləri Makedoniya “Metallurq”unun baş məşqçisi Jikitsa Tasevski söyləyib.
Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında rəqib komandanın çalışdırıcısı daha sonra bunları ifadə edib: “Real qol şanslarımız da Bakıdakından çox olmadı. Azərbaycan təmsilçisi çox səviyyəli komandadır. Onlara növbəti mərhələdə uğurlar arzulayıram. Bu o deməkdir ki, avroliqada “Qarabağ”a azarkeşlik edəcəyəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın