Ağasəlim Mircavadovun əvəzləyicisi məlum oldu

Ağasəlim Mircavadovun əvəzləyicisi məlum oldu
XƏBƏR 9 İyul 2010 / 12:12 2539
-  A +

Ağasəlim Mircavadovun istefasından sonra baş məşqçisiz qalan "Xəzər Lənkəran"a kimin rəhbərlik edəcəyi məlum olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi komandanı köməkçi məşqçilərdən olan Hafiz Əliyevə tapşırıb. Lakin Əliyev komandaya müvəqqəti rəhbərlik edəcək. Yəni qapıçılarla işləyən mütəxəssis sadəcə yeni baş məşqçi gələnədək komandaya başçılıq edəcək.
Qeyd edək ki, Əliyev 2008/09 mövsümünün birinci dövrəsinin son turunda Rasim Karanın istefasından sonra komandanı "Simurq"la oyuna çıxarıb və “ağ-yaşıllar” həmin dueldə məğlub olmayıb - 2:2.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın