“Bakı”nın “Köln”lə qarşılaşması baş tutmadı

“Bakı”nın “Köln”lə qarşılaşması baş tutmadı
XƏBƏR 9 İyul 2010 / 12:00 1845
-  A +

Ölkə kubokunun son sahibi "Bakı" Avropa Liqasına hazırlıq çərçivəsində Almaniyadakı təlim-məşq toplanışını başa vurub. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, “zolaqlılar” toplanışın son günündə daha bir yoxlama oyunu keçirib. "Bakı"nın rəqibi aşağı dəstə təmsilçisi "Alemaniya" olub. Oyun 3:3 hesabı ilə başa çatıb. "Bakı"nın heyətində Emin Cəfərquliyev, Əziz Quliyev və Stevan Bates fərqlənib. Komanda bu gün axşam saatlarında vətənə qayıdacaq.
Qeyd edək ki, "Bakı" son yoxlama oyununu "Köln"ə qarşı keçirməli olsa da, qarşılaşma baş tutmayıb. Bunun konkret səbəbləri haqda isə məlumat verilmir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord