“İnter” “Lex”lə oyunun Bakı hazırlıqlarına start verdi

“İnter” “Lex”lə oyunun Bakı hazırlıqlarına start verdi
XƏBƏR 9 İyul 2010 / 11:36 1954
-  A +

Son ölkə çempionu “İnter” çıxış edəcəyi Çempionlar Liqasının oyununa hazırlıqlarını davam etdirir. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, dünən gün paytaxt komandası “Şəfa” stadionunda məşqə çıxıb.
Xatırladaq ki, “bankirlər” buna qədər təlim-məşq toplanışını Bolqarıstanın Pravets şəhərində həyata keçirirdi. Ölkə xaricindəki hazırlıqlarını iyul ayının 6-da başa vuran təmsilçimiz iyulun 7-də vətənə qayıdıb. Kaxaber Sxadadzenin komandası təlim-məşq toplanışı zamanı 8 yoldaşlıq oyunu keçirmiş, 5 oyunda qalib gəlmiş, 1 qarşılaşmada məğlub olmuş, 2 oyundasa meydandan sülhlə ayrılmışdır. Qarşılaşmaların siyahısını diqqətinizə çatdırırıq:

1. “İnter” - “Pravets” 6:1
Qollar: Nizami Hacıyev, Tofiq Mikayılov, Rövşən Əmiraslanov, Səbuhi İsmayılov, Şəhriyar Rəhimov və Ventslav Xristov
2. “İnter” - “KOM Minyol” 3:1
Qollar: Danildo Assioli, David Odikadze və Baçana Sxadadze
3. “İnter” - “Botev” 2:1
Qollar: David Odikadze, Jozemar Silva dos Santos
4. “İnter” - MOİK 1:0
Qol: Petar Zlatinov
5. “İnter” - “Etr” 0:1
6. “İnter”-“Lokomotiv 1:0
Qol: Petar Zlatinov
7. “İnter” - “Vidima Rakovski” 2:2
Qollar: Səbuhi İsmayılov və Camal Məmmədov
8. “İnter”-“Çerno More” 1:1
Qol: Jivko Jelev

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı