Hollandiya - İspaniya finalı ingilis hakimə tapşırıldı

Hollandiya - İspaniya finalı ingilis hakimə tapşırıldı
DÇ-2010 9 İyul 2010 / 11:09 3049
-  A +

Cənubi Afrika Respublikasında keçirilən sayca 19-cu dünya çempionatının final oyununu ingilis hakim Hovard Uebb idarə edəcək. Qol.Az-ın məlumatına görə, iyulun 11-də Yohannesburqdakı “Sokker Siti” arenasında Hollandiya və İspaniya yığmaları arasında keçiriləcək həlledici görüş məhz bu ədalət təmsilçisinə tapşırılıb. 39 yaşlı referiyə həmyerliləri Darren Kenn və Maykl Mallarki yardımçı olacaq. Bu briqada mundilada üç oyunda idarəçilik edib: İspaniya - İsveçrə (0:1), Slovakiya - İtaliya (3:2), Braziliya - Çili (3:0).
Qeyd edək ki, Uebb Çempionlar Liqasının son mövsümünün «Bavariya» - «İnter» final matçını da idarə edib. Bu hakim Azərbaycan futbolsevərlərinə də yaxşı tanışdır. Məsələ burasındadır ki, Azərbaycan yığmasının Rusiya millisiylə ötən ilin oktyabrın 14-də Bakıdakı rəsmi görüşündə də (1:1) də ingilis referi fit çalmışdı.
Final matçından bir gün öncə keçiriləcək Uruqvay – Almaniya oyunu isə Meksikadan olan Benito Arçundiyaya tapşırılıb.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq