Ağasəlim Mircavadov istefa verdi

Ağasəlim Mircavadov istefa verdi
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 23:17 2805
-  A +

Bu gün Moldovanın «Olimpiya» klubuna qarşı keçirilmiş Avropa Liqasının təsnifat mərhələsinin cavab oyunundan sonra «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov istefa verdiyini elan edib. Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında A.Mircavadov komandasının bugünkü oyununa görə üzr istədiyini və «Xəzər Lənkəran»dan getdiyini bildirib. «Mənim ürəyim həmişə «Xəzər Lənkəran»la olacaq» - deyə Mircavadov vurğulayıb.
Xatırladaq ki. «Xəzər Lənkəran» - «Olimpiya» oyunu 1:1 hesabı ilə başa çatıb. İlk oyun 0:0 hesabı ilə yekunlaşdığından növbəti mərhələyə moldovalılar vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord