Dünya çempionatında hansı futbolçular qiymətini artırmağı bacarıb?

Dünya çempionatında hansı futbolçular qiymətini artırmağı bacarıb?
DÇ-2010 8 İyul 2010 / 18:45 3470
-  A +

Təxminən bir aydır ki, bütün diqqətlər Cənubi Afrika Respublikasında keçirilən Dünya Çempionatına yönəlib. Qol.Az-ın məlumatına görə, argentinalı Lionel Messi, portuqaliyalı Kriştiano Ronaldo, ingiltərəli Ueyn Runi kimi ulduzlar mundialda ümidləri doğrultmasalar da, bu çempionatda özünü yaxşı tərəfdən göstərə bilən futbolçular da oldu. Məhz baxımlı oyunu sayəsində qiymətlərini də kifayət qədər artırmağa nail olan həmin futbolçuların siyahısı ilə sizi də tanış edirik:

1. Nelson Valdes (Paraqvay)
-  26 yaşında olan hücumçu fiziki gücü ilə İngiltərə Premyer Liqasında oynamaq gücündə olduğunu göstərdi.

2. Şipiv Şabalala (Cənubi AfrikaRespublikası) 
-  “Kayzer Çif” formasını geyinən solaxay futbolçunu gələn mövsümdə Avropanın önəmli liqalarında görə bilərik.
   
3. Manuel Noyer (Almaniya)  
-  Gənc qapıçı uzun illər Almaniya millisinin 1 nömrəsi ola biləcəyini sübut etdi. 

4. Ramires (Braziliya) 
-  Gənc yarımmüdafiəçini almaq üçün bu yaz “Benfika” klubuna çoxlu təklif gələcəyi gözlənilir.  

5. Elyero Elia (Hollandiya) 
-  Əsas heyətdə çox oynamaq şansı olmasa da, bu gənc futbolçu özünü göstərməyi bacardı və mütəxəsislərə “bu oyunçuda iş var” dedirdə bildi.
  
6. Maksi Pereyra (Uruqvay)  
-   Təcrübəli müdafiəçi bir neçə həftədə göstərdiyi oyunla öz şöhrətini daha da artırdı.  

7. Asamoa Qyan (Qana) 
- Uruqvayla oyunda uzatma dəqiqələrində penaltini qaçırmasına baxmayaraq, onun adı İngiltərə klubları ilə birgə hallanır.
 
8. Antolin Alkaras (Paraqvay) 
-  Müdafiədə olduqca inamlı təsir bağışlayan futbolçu, yeni klubu “Viqan”nın nə qədər düzgün bir addım atdığını sübuta yetirdi.
  
9. Antoni Annan (Qana) 
-  Gələcəyi parlaq görünən yarımmüdafiəçinin qarşıdakı illərdə “Rusenburq”da qalacağı inandırıcı deyil.

10. Keysuke Honda (Yaponiya)    
-  Yaponiyanın super ulduzu öz şöhrətini bütün dünyaya göstərməyi bacardı.  

11. Lukas Podolski (Almaniya) 
-  Bundesliqada heç də yaxşı mövsüm keçirməyən futbolçu, mundiala öz damğasını vurmağı bacardı və başda “Çelsi”  olmaqla bir çox  klubun diqqətini cəlb etdi.
 
12. Fernando Lorente (İspaniya) 
-  Çox oyunda meydana çıxmasa da, bu mundialda Fernando Torresin yerində oynamağı bacardı. 

13. Qreqori Van der Viel (Hollandiya) 
-  “Ayaks”da forma geyinən sağ cinah oyunçusu böyük məbləğdə pul müqabilində “Bavariya” klubuna keçə bilər. 

14. Tomas Müller (Almaniya) 
-  Mundialın sürpriz ulduzu, adından daha uzun illər söz etdirə biləcək kimi görünür. 

15. Kevin Prins Boatenq (Qana) 
-  2007-ci ildən “Totenhem”in heyətində oynayan futbolçunu bu turnirdən sonra bir başqa gözlə izləyəcəyik.
 
16. Məsut Özil (Almaniya)  
-  Belə görünür ki, Avropanın bütün nəhəng klubları ona transfer etmək istəyir. Bunu anlamaq heç də çətin deyil. 

17. Sami Xedira (Almaniya) 
-  “Şturtqard”lı futbolçu Mixael Ballakın yoxluğunu İspaniya oyununa qədər hiss etdirmədi. 

18. Luis  Suares (Uruqvay) 
-  Komandasını əliylə yarımfinala çıxarmasına baxmayaraq nəhəng klubların diqqətini cəlb etməyə davam edən futbolçu mundiala öz damğasını vurdu.
 
19. Dieqo Forlan (Uruqvay) 
-  Çempionatdan əvvəl hər kəsin bir az çəkindiyi futbolçu, sonda qorxulu röya olmağı bacardı. 

20. Uesli Sneyder (Hollandiya) 
-   Mundialın ən çox arzulanan futbolusu olan Sneyderin qiyməti hər keçən gün artmaqda davam edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın