“İnter”in yeni oyunçularının hansı nömrələr altında çıxış edəcəyi açıqlandı

“İnter”in yeni oyunçularının hansı nömrələr altında çıxış edəcəyi açıqlandı
XƏBƏR 8 İyul 2010 / 18:18 1958
-  A +

Son ölkə çempionu “İnter”in yeni transfer etdiyi futbolçuların hansı nömrələr altında çıxış edəcəyinə aydınlıq gəlib. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, ötən mövsümü “Neftçi”nin heyətində keçirənlər - Dmitri Kruqlovla Valeri Abramidze “bankirlər”in düşərgəsində müvafiq olaraq 6 və 44 nömrəli futbol geyimində çıxış edəcəklər. “Xəzər Lənkəran”dan alınan Nizami Hacıyev “7”-ni götürdüyü halda, “Qəbələ”dən transfer olunan Arif Daşdəmirov 21, “Karvan”dan gələn Rövşən Əmiraslanov isə 9 nömrə altında top qovacaq. Əcnəbi futbolçulardan İlia Kandelaki 18, Jivko Jelev isə 5 nömrəli formanı geyməyə üstünlük verib.

Qapıçılar: 1. Georgi Lomaya, 42. Səlahət Ağayev, 72. Anar Məhərrəmov.
Müdafiəçilər: 15. Vladimir Levin, 88. Kaxaber Mjavanadze, 44. Valeri Abramidze, 4. Danildo Assioli, 5. Jivko Jelev, 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 84. Joze Maçado.
Yarımmüdafiəçilər: 23.Şəhriyar Rəhimov, 19. David Odikadze, 7. Nizami Hacıyev, 11. Tofiq Mikayılov, 14. Petar Zlatinov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 9. Rövşən Əmiraslanov, 6. Dmitri Kruqlov.
Hücumçular: 20. Girts Karlsons, 17. Səbuhi İsmayılov, 16. Elnur Abdullayev, 32. Robertas Poşkus.

Sonda onu da vurğulayaq ki, yuxarıda adları göstərilən futbolçular paytaxt klubunun Çempionlar Liqasında iştirak üçün UEFA-ya göndərdiyi siyahıda yer alanlardır. Bu siyahıya iyulun 13-də Bakıda keçiriləcək Polşa “Lex”i ilə oyuna bir gün qalmış daha bir futbolçunun adı salına bilər. Komandanın yeni transferlərindən olan Camal Məmmədov və baş məşqçi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadzenin adı həmin iştirak ərizəsində yoxdur.


Son xəbərlər