“Bakı”nın sabiq futbolçusu həbs olundu

“Bakı”nın sabiq futbolçusu həbs olundu
ÖLKƏ FUTBOLU 8 İyul 2010 / 17:41 2437
-  A +

“Bakı”nın sabiq futbolçusu Georgi Demetradze Gürcüstanın terror əleyhinə mərkəzinin əməkdaşları tərəfindən həbs olunub. Lent.az-ın “GHN” agentliyinə istinadən verdiyi məlumata görə, Demetradze kriminal aləmlə əlaqələrdə və gizli totalizatorda iştirakda ittiham olunur.
O, “qanuni oğru” qanunları ilə işləyən şəxslərlə bir yerdə totalizatorda məğlub olan müştərilərdən pul qoparırmış. Söhbət 100 minlərlə dollardan gedir. Demetradze, eləcə də onunla birgə tutulan David Qaqnidze və Kaxa Misirelli dünya çempionatının gedişində qeyri-leqal pul qoyuluşları qəbul ediblər. Tutulan şəxslər David Peikrişvili adlı şəxsdən 140 min dollar udublar. Uduzandan pul qoparmaq üçün onlar Ukraynada yaşayan qanuni oğru Vato Kipianiyə müraciət ediblər. Kipiani də Gürcüstandakı bəzi şəxslərlə əlaqə quraraq, qurbandan pulu qoparıb və bu pulun bir hissəsi oğru “obşak”ına qoyulub. Faktla bağlı cinayət işi qaldırılıb. Məhkəmədə günahı sübuta yetiriləcəyi halda Demetradzeni 3 ildən 10 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Georgi Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (Rusiya), “Dinamo” Kiyev, “Metallurq” Donetsk, “Arsenal” (Ukrayna), “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında da forma geyinib. 2008-ci ilin sentyabrında “Bakı” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Bundan sonra 34 yaşlı Demetradze həbs olunanadək Tsxinvalinin “Spartak” komandasında oynayıb.

Daha çox


Son xəbərlər