Mile Krstev: “Qarabağ”ı 3:0 hesabıyla məğlub edəcəyimizə inanıram”

Mile Krstev: “Qarabağ”ı 3:0 hesabıyla məğlub edəcəyimizə inanıram”
XƏBƏR 8 İyul 2010 / 17:38 2249
-  A +

“İlk oyundakı nəticəyə baxmayaraq, şəxsən mən “Qarabağ”ı 3:0 hesabıyla məğlub edəcəyimizə inanıram”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Makedoniya “Metallurq”unun oyunçusu Mile Krstev deyib.
Bu gün keçiriləcək cavab oyunu ərəfəsində şansları dəyərləndirən futbolçu “Makedonski sport” qəzetinə müsahibəsində daha sonra bunları ifadə edib: “Meydanda bütün bacarığımızı qoyacağıq. İlk 20-25 dəqiqədə qol vurmaq və qapımızı toxunulmaz saxlamaq bizə çox vacibdir. Hücum, hücum, yenə də hücum! Yalnız bu yolla “İkinci Filip” stadionunda tarix yazmaq olar”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı