«İnter» (Azərbaycan) - «Aktobe» (Qazaxıstan) - 0:1

«İnter» (Azərbaycan) - «Aktobe» (Qazaxıstan)  - 0:1
XƏBƏR 23 Yanvar 2009 / 21:46 4282
-  A +

Bu gün Azərbaycan çempionu «İnter» «Birlik kuboku» turniri çərçivəsində yarımfinal oyununu keçirib. Qol.Az saytı bu oyundan online-reportaj yayımlayıb.

 

İNTER - AKTOBE - 0:1

«İnter»in start heyəti:
Svilem Simeonov, Samir Abbasov, Daniolli Assioli, İon Testimitianu, Əliyar İsmayılov, Elvin Məmmədov, Qoran Arnaut, Branislav Çervenka, Andrey Rubins, Valter Quqlemon, Petar Zlatinov

«Aktobe»: Sidelnikov, Ciculin, Loqvinenko, Kenjisariev, Smakov, Lavrik, Asambayev, Ostapenko, Xayrullin, Strukov, Qolovskoy.  

 

Oyun başa çatdı - 0:1 . "İnter" "Birlik kuboku"nda mübarizəni dayandırdı.  

90. Cərimə zərbəsindən sonra Zlatinov uzaq məsafədən zərbə vurur, top qapının üstündən keçir. Hakim oyuna iki dəqiqə əlavə edib.

88. Oyunun son dəqiqələri gedir. Əliyar İsmayıvlov uzaqdan zərbə vurur, qapıçı topu çıxarır. «İnter» güncdən zərbə yerinə yetirir.

Qolun müəllifi Asambayevin yerinə meydana Mitroponov çıxır.

83« Aktobe» hücuma keçir. Sol cinahdan cərimə meydançasına təhlükəli ötürmə verilir, Samir Abbasov təhlükənin qarşısını alır.

«İnter» hesabı bərabərləşdirməyə çalışır, Zlatinov uzaq məsafədən zərbə vursa da, top qapıdan aralı keçir. «İnter» hücumdadır.
 

Labukas real qol vəziyyətindən istifadə edə bilmir: əlverişli mövqedə olan «İnter»in futbolçusunun zərbəsini dəqiq olmur. «İnter» yenə hücumdadır. Oyünun tempi artıb.

72. Qazaxlar vaxtı gecikdirirlər, «İnter» hücum edir, amma ötürmələrdə dəqiqlik çatışmır.

69. «İnter» rəqib qapıya bir neçə həmlə edir, Zlatinov Auqustonu qapıçıyla təkbətəbə çıxarmaq istəyir, rəqib qolkiper vaxtında topu tutur. «Aktobe» ötürmələrlə oyunun sürətini aşağı salmağa çalışır.

66. İndi hücumda edən «İnter»dir. Rəqib bütün komandayla müdafiədə oturub.

64. Aktobenin sağ cinahdan təhlükəli hücumu oldu, top qapıdan aralı keçdi. Komandamızın təhlükəli əks-hücumu zamanı futbolçumuza qarşı kobud oyun nümayiş etdirilir, amma hakim susur və azarkeşlər buna etiraz edir.
 

59. Azarkeşlərimiz «İnter»i qol vurmağa səsləyirlər. «İnter» üstünlüyü ələ alıb, amma  hələ ki, real qol vəziyyəti yarada bilməyib.

58. «İnter» dəstəkləyənlər arasında Moskvada yaşayan Türkiyə vətəndaşları da var. «İnter»in «Birlik kuboku»ndakı hər oyununda türkiyəli qardaşlarımız Azərbaycan çempionundan dəstəyini əsirgəməyiblər.

57. Hələ ki, oyunda heç bir təhlükəli məqam yoxdur. Qazaxlar oyunun tempini aşağı salırlar.

52. Zlatinov kobud oyuna görə sarı vərəqə aldı. Topa daha çox yenə «Aktobe» nəzarət edir. 

50. «İnter» iki dəyişiklik: Arnautun yerinə Auqosto, Testimitianun əvəzinə meydana Xəyal Mustafayev daxil olur.

48. «İnter» ikinci hissə başlayan kimi təhlükəli hücumlar təşkil edir, əvvəlcə Zlatinov, sonra Elvin Məmmədov təhlükəli zərbələr vurur. Hər iki halda top qapıdan aralı keçir.

İkinci hissə başladı

Birinci hissə qurtardı

45. Zlatinov gozəl driblinq etdi, Elvinə ötürmə verdi. Elvin təkbətək çıxdı, topu baş qapıya göndərdi, amma rəqib müdafiəçi topu boş qapıdan çıxardı. 

44. Asanbayev başla gözəl qol vurur.

AKTOBE HESABI AÇIR - 0:1

42. Oyunun tempi aşağı düşüb, sürət azalıb. Oyun daha çox meydanın mərkəzində gedir, amma topa daha çox «Aktobe» nəzarət edir.

40. Elvin Məmmədov cinahını dəyişir. İndi o, sol cinahda oynayır.

39. «İnter»in heyətində dəyişiklik: Rubinsin yerinə meydana Labukas çıxır. Deyəsən, Rubins zədələnib.

37. Qonaqların qapıçısı zədələndiyi üçün oyunda fasilə yaranmışdı. Zlatinov cərimə zərbəsi yerinə yetirir, top qapıdan aralı keçdi.

34. Ostapenko çox təhlükəli zərbə vurdu, müdafiəçimiz qola mane oldu. Hələlik üstünlük «Aktobe»nin tərəfindədir. Belə getsə, «İnter» qapısında qol görəcək.
 

31.Oyun əvvəlki tempdə gedir, «İnter» zəif görsənir, «Aktobe» hücumdadır. Amma son dəqiqələrdə real qol vəziyyəti yarada bilməyiblər.

28. «Aktobe» yenə hucümdadır. Oyun qazaxların tam üstünlüyü ilə keçir.

27. Bütün stadion «İnter»i qələbəyə səsləyir. Hələlik Azərbaycan çempionu pis təsir bağışlayır. Bütün hücumları «Aktobe» qurur, əsasən cinahlardan təşkil etdikləri hücum təhlükəli alınır.
 


Rəqib daha bir təhlükəli hücum təşkil edir. «Aktobe»nin futbolçularının vurduğu topu «İnter»in müdafiəçiləri qapı xəttindən çıxarırlar. Qazaxlar topun xətti keçdiyini iddia edirlər.

Az əvvəl «Aktobe» oyunda nəzarəti tam ələ almışdı. Xeyrulin cərimə meydançasından təhlükəli zərbə vurdu, qapıçımız komandamızı qoldan xilas etdi.

21. Oyun bərabər səviyyədə gedir.

7. Bu dəqiqələrdə oyun bərabər səviyyədə keçir.

7. Rubinsin uzaq məsafədən zərbəsi qapıdan aralı keçir.

6. Qazaxlar üstünlüyü ələ alıblar. Oyunun gedişini 1500-dək azarkeş izləyir.

2. İlk dəqiqələrdən «İnter» hücumdadır.
 

Oyun başladı

***

Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə Azərbaycan çempionunun oyununa daha çox - 700-dək azarkeş gəlib. Azarkeşlər əsasən azərbaycanlılardır.

****

«Birlik kuboku»nun təşkilatçıları «Olimpiyski» idman manejində yarışın gedişini işıqlandıran jurnalistlərə internetdən istifadə etmək üçün şərait yaratmayıb. Daha doğrusu, manejdə internet olmadığından jurnalistlər problemlə üzləşib. Lakin bu, bizim oyunu operativ şəkildə oxuculara çatdırmağımızda problem yaratmayacaq.

***

Bu arada «Birlik kuboku»nun ilk finalçısının adı bəlli olub. «Şerif» - «Paxtakor» oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 6:5 hesabı ilə qələbə qazanan Moldova «Şerif»i finala çıxıb. 

***

Bu dəqiqəyədək tribunada 200-dək azarkeş var.

***

Veteran futbolçu Füzuli Cavadov:

- Əminəm ki, “İnter” nəinki “Aktobe” səddini keçəcək, ümumiyyətlə kuboku Azərbaycana gətirəcək. Ola bilsin Qazaxıstan çempionu ilə oyun bir qədər çətin keçdi. Amma yekun nəticə bizim komandanın xeyrinə olacaq. Çünki “İnter”in həm heyəti genişdir, həm də güclü futbolçulardan təşkil olunub. 

***

Hazırda «İnter»in ehtiyat oyunçuları meydanda məşqlər edirlər. Bugünkü oyunda Xaqani Məmmədov və Cavid Hüseynovun adı iştirakçılar sırasında yoxdur.


Son xəbərlər