Jikitsa Tasevski: “Mərhələni keçməsək də belə, “Qarabağ”ı udmalıyıq”

Jikitsa Tasevski: “Mərhələni keçməsək də belə, “Qarabağ”ı udmalıyıq”
XƏBƏR 8 İyul 2010 / 17:08 1857
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Makedoniya “Metallurq”unun baş məşqçisi Jikitsa Tasevski hələ də möcüzəyə bel bağlayır. Qol.Az-ın məlumatına görə, “Makedonski sport” qəzetinə müsahibə verən ağdamlıların rəqibinin çalışdırıcısı bu günkü oyun ərəfəsində belə danışıb: “Komandamın sensasiya edə biləcəyinə inanıram. Futbolda belə möcüzələr çox olub. Erkən vurulacaq qol və ya qollar bizi hədəfimizə çatdıra bilər. Ancaq onu da unutmayaq ki, “Qarabağ” yetərincə səviyyəli rəqibdi. Bu komanda səhvləri bağışlamır. İlk 15-20 dəqiqə bizim üçün önəmli olsa da, başımızı irəli salıb, qabağa qaçmayacağıq. İstənilən halda, mərhələni keçməsək də belə, qələbə qazanmalıyıq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı